Argentina yığmasının üzvü Lionel Messi daha bir unikal nəticəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı forvard buna ötən gecə DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qalib gəldikləri görüşdə (3:0) nail olub. O, matçda 1 qol vurmaqla və 1 qolun ötürməsini verməklə oyunun ən yaxşısı seçilib.

Messi 2009-cu ildən etibarən ümumilikdə 306 dəfə matçın ən yaxşı futbolçusu adına layiq görülüb. Bu isə Messinin 2009-cu ildən keçirdiyi görüşlərin 52 faizinə bərabərdir. Daha əvvəl heç kim belə nəticəyə çatmayıb.

Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. Həmçinin o, ötən ilin yayından PSJ-nin formasını geyinir.