İngiltərə yığması DÇ-2022-nin 1/4 finalında Fransaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 

Offsideplus.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi 7-ci dəfə mundialların bu mərhələsini adlaya bilməyib. Bununla da ingilislər dünya çempionatları tarixində antirekorda imza atıb. 

Qeyd edək ki, İngiltərə millisi daha öncə 1954, 1962, 1970, 1986, 2002 və 2006-cı illərdə keçirilən mundiallarda eyni aqibəti yaşayıb.