İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın ən çox qol vuran futbolçusu adına şərik olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı oyunçu buna DÇ-2022-nin 1/4 finalında Fransa ilə görüşdə (1:2) qol vuraraq nail olub. Nəticədə forvard millidəki qollarını sayını 53-ə çatdırıb. Bununla da o, İngiltərə millisinin tarixində ən çox qol vuran Ueyn Runiyə (53 qol) çatıb.

Keyn 53 qolu 80 oyuna, Runi isə 120 oyuna vurub.