DÇ-2022-nin hazırkı bombardiri Enner Valensiya zədələnib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu qrup mərhələsinin 3-ci turunda Niderlandla görüşdə (1:1) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 90-cı dəqiqədə meydanı xərəkdə tərk edib. Valensiyanı Kevin Rodriqez əvəzləyib.
Onun zədəsinin ciddi olduğu bildirilir.
Qeyd edək ki, Enner 3 qolla 2022-ci il dünya çempionatının bombardirləri siyahısında birinci yerdədir. O, ilk turda Qətərlə görüşdə (2:0) dubl edib və Niderlandla matçda 1 qol vurub