Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Avstraliya ilə oyunda zədələnən Fransa millisinin futbolçusu Lukas Ernandesin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb.
Oyunçu mundialın digər matçlarında iştirak edə bilməyəcək. Ernandesi sözügedən matçın 13-cü dəqiqəsində qardaşı Teo Ernandes əvəzləyib.
Xatırladaq ki, qarşılaşma Fransanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.