DÇ-nin B qrupu üzrə İngiltərə - İran matçında fərqlənən Cud Bellinqhem XXI əsrdə doğulan futbolçular sırasında dünya çempionatında qol vuran ilk oyunçu olub.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi matçın 35-ci dəqiqəsində komandasının ilk qoluna imza atıb. Beləliklə, ingiltərəli futbolçu XXI əsrdə doğulub DÇ-də qol vuran ilk futbolçu adına sahib çıxıb. Bu barədə "Opta Sports" məlumat yayıb.
Qeyd edək ki, İngiltərə - İran matçı 6:2 hesabı ilə yekunlaşıb.