Argetina yığma komandasının kapitanı Lionel Messi Qətərin paytaxtı Dohada bu gün keçirilən məşqdə iştirak etməyib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçu trenajor zalında fərdi qaydada məşq edib.

Bunun hər hansı zədə ilə bağlı olmadığı bildirilib.

Qeyd edək ki, DÇ-2022 Messi üçün 5-ci mundial olacaq. Argentina C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq. Argentina ilk oyununu noyabrın 22-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.