Argentina millisinin futbolçusu Xoakin Korrea bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna 28 yaşlı hücumçunun zədə alması səbəb olub. Korreanın əvəzinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən "Atlanta"nın hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada çağırılıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək baş tutacaq.