Futbol üzrə İtaliya millisi yeni dünya rekorduna imza atıb.

Offsideplus.az-ın məlumatına görə,  Roberto Mançininin baş məşqçi olduğu kollektiv buna İsveçrə millisi ilə qolsuz heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra ardıcıl 36 oyunda məğlubiyyətlə üzləşməyib. Daha əvvəl hansısa yığma bu göstəricini gerçəkləşdirməyib.

Qeyd edək ki, AVRO-2020-nin qalibi olan komanda 5 oyunda sonra 11 xalla C qrupunun lideridir.