FIFA DÇ-2022-də oyundankənar vəziyyətin aşkarlanması ilə bağlı yeni metoddan istifadə etmək niyyətindədir. 

Offsideplus.az "The Times"a istinadla xəbər verir ki, bu haqda ali qurumda Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger açıqlama verib.

Vengerin dediyinə görə, ofsaydın avtomatik sübut edilməsi sistemi 2022-ci ilədək hazır olacaq: "Yeni texnologiyanın tətbiq olunmasında israr edirəm, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq".

Qeyd edək ki, dünya çempionatı tarixdə ilk dəfə qışda - növbəti il 21 noyabr - 18 dekabr aralığında keçirilməlidir.