FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında yeni texnologiya tətbiq etməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, qrumun texnologiya direktoru Yohannes Holsmüller bildirib ki, meydanın kənarlarına xüsusi robot cihazlar qurlaşdırılacaq və bununla oyunçunun ofsaydda olub-olmaması müəyyənləşəcək. Yeni texnologiya ilə mübahisəli ofsayd epizodlarında VAR-a müraciət edilib əlavə vaxt itkisinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, Qətərdə keçiriləcək mundial ilk dəfə qışda - 21 noyabr - 18 dekabrda təşkil olunacaq.