2026 dünya çempionatının keçirilməsi böyük təhlükə altına düşüb.

Offsideplus.az xəbər verir ki, Meksikanın bir neçə şəhərində vəziyyət ağır olaraq qalır. Yol bağlamaları, yandırılmış avtomobillər, yanacaqdoldurma məntəqələri və mağazalar, həmçinin atışmalar, yaralanmalar və ölüm halları barədə məlumatlar yayılmaqda davam edir.

Məlumata görə, iğtişaşların əsas səbəbi mütəşəkkil cinayətkar qrupun (narkokartelin) çox önəmli liderinin öldürülməsi olub. Bunun ardınca kartel üzvləri tərəfindən genişmiqyaslı zorakılıq aktları törədilir.

Qeyd edək ki, bu il keçiriləcək Dünya Çempionatının bəzi oyunları Meksikanın müxtəlif şəhərlərində planlaşdırılıb. Ən diqqətçəkən qarşılaşmalardan biri İspaniya – Uruqvay oyununun Qvadalaxarada keçirilməsi nəzərdə tutulur.

Hadisələr fonunda Meksikaya səfər etməyi planlaşdıran azarkeşlər təhlükəsizliklə bağlı ciddi narahatlıq keçirir. Hələlik FIFA tərəfindən rəsmi xəbərdarlıq və ya açıqlama verilməyib.