Qazaxıstan Premyer Liqasında çempion müəyyənləşib

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Astana 31-ci turda ikinci pillədə yer alan Kayrat-ın İrtış-a məğlub olmasından sonra çempionluğu rəsmiləşdirib. Bununla da, 71 xalı olan Astana çempionatın sonuna 3 tur qalmış ən yaxın rəqibi Kayrat üçün əlçatmaz olub.

Astana ardıcıl 5-ci dəfə Qazaxıstan çempionu olub.