Chelsea-nin və Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard “Qızıl top”mükafatına namizədlərdən danışıb.

Offsideplus.az xəbər verir ki, belçikalı mükafata real namizəd kimi Xorvatiya millisinin kapitanı Luka Modriçi görür. “Mən mükafata namizədlər arasında deyiləm. Luka Modriçi favorit hesab edirəm. 3-4 futbolçu “Qızıl top” mükafatına layiqdir. Məsələn, Rafael Varan namizədlər cərgəsində ola bilər. Lap təmiz danışsaq, Modriçdən başqasını görmürəm. Xorvatiyalı yarımmüdafiəçi Real Madrid-in heyətində Çempionlar Liqasında əla oyunlar keçirdib. Eyni zamanda milli ilə birlikdə dünya çempionatının finalına yüksəlib. Bu baxımdan “Qızıl top” Modriçə verilmələdir” - Hazard deyib.

Goal.az