"Əl-Hilal"ın forvardı Neymar karyerasını Braziliyada davam etdirməyə qərar verib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Mənbəyə görə, "Əl-Hilal"la müqaviləni ləğv etmək istəyən 32 yaşlı ulduz futbolçu "Santos" klubuna keçməyə razılaşıb.
Qeyd edək ki, Neymar 2023-cü ildən "Əl-Hilal"ın şərəfini qoyur.