"Milan"ın sabiq hücumçusu Mario Balotelli karyerasını Bolqarıstanın ÇSKA klubunda davam etdirə bilər.

Offsideplus.az "Topsport.bg" saytına istinadən xəbər verir ki, Sofiya təmsilçisi ulduz futbolçu ilə danışıqlar aparır.

Oyunçu hazırda azad agentdir və son klubu "Adana Demirspor"da Türkiyə Super Liqasında 16 oyuna çıxıb, 7 qol və 1 assistə imza atıb. 

ÇSKA isə 8 turdan sonra turnir cədvəlində 9 xalla 10-cudur.