Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığma komandasının üzvü Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna qoyduğu "like”dan danışıb.
Offsideplus.az xəbər verir ki, foto Almaniyada yaşayan erməni reper Levo tərəfindən "Instagram”da paylaşılıb.
Daha sonra Dadaşov "like”nı silib.
"Mən Levo ilə bir məktəbdə oxumuşam. Mən onun kim olduğunu bilmirdim. Nə etdiyimi bilmədim. Bizim məktəbdə almanlarla yanaşı, türklər, ermənilər, ruslar və digər millətlərdən olan insanlar oxuyurdu. Bizim ortaq dostlarımız vardı. Bu foto mayda yerləşdirilib. Mən bu gün gördüm ki, "like” qoymuşam.
Bunu etməməli idim. Bu münaqişənin tarixini yaxşı bilirəm və bunu başa düşürəm”, - Dadaşov bildirib.
Bu məsələnin onun millidəki çıxışına təsirindən qorxub-qorxmadığı ilə bağlı suala cavab verən futbolçu qeyd edib ki, etdiyi əməldən çox peşmandır:
"Təkrar edirəm ki, bu təsadüfən olub və mən çox peşmanam. Mən azərbaycanlıyam və bununla fəxr edirəm”. (Azerisport.az)