Leo Messinin "İnter Mayami"nin məşq toplanışını buraxmasının səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz qripə bənzər xəstəliyə yoluxub. Bu səbəbdən məşqdə iştirak etməyib. Leo ABŞ klubunun növbəti 2 oyunlarından birində yaşıl meydanlara qayıdacaq. "İnter Mayami" sentyabrın 15-də "Filadelfia", sentyabrın 19-da isə "Atlanta" ilə üz-üzə gələcək.
Qeyd edək ki, Messi iyulun 15-də keçirilən Kopa Amerika finalında topuğundan zədələnib və o vaxtdan bəri oyunlara çıxmayıb.