Son olaraq “Vest Hem”də çalışan Slaven Biliçin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə anlaşıb. Bu barədə klub açıqlama yayıb.

Əvvəllər “Hayduk”, “Lokomotiv” (Moskva), “Beşiktaş”, “Vest Hem” kimi komandaları çalışdıran xorvatiyalı məşqçi ölkəsinin əsas və 21 yaşlılardan ibarət yığmalarının da “sükanı arxasında” olub.