Sabiq avstraliyalı futbolçu Mark Breşiano tibbi narkotik maddələrin istehsalına başlayacağını bildirib.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı keçmiş futbolçu “Yaşıl ümid” adlı şirkət quracağını deyib:
“Bir nəfərlə birlikdə növbəti il, tibbi narkotik maddələr istehsal edən şirkət yaradacağıq. Qurumun adı “Yaşıl ümid” olacaq. Lazım olan lisenziyaları almışıq. Yenə də, bu işi qurmaq üçün qarşımızda böyük bir vaxt var”.
Karyerası ərzində “Parma”, “Empoli”, “Palermo”, “Latsio” kimi klubların şərəfini qoruyan Breşiano, 85 dəfə də Avstraliya millisinin formasını geyinib.