Azərbaycan yığma komandasının üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 29-cu tur matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda "Sirius"u qəbul edib və 2:4 hesabı ilə məğlub olub.

Musa Qurbanlı sözügedən görüşdə start heyətdə meydana daxil olub və 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Yorqorden" 50 xalla 4-cü, "Sirius" 39 xalla 8-cidir. Turnir cədvəlinə 63 xalla "Elfsborq" başçılıq edir.