Azərbaycan myığma komandasının üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 28-ci tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Brommopoykarna" ilə üz-üzə gəlib. Matç "Yurqorden"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Musa da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə Noel Milleskoqla əvəzlənib.

Qeyd edək ki, "Yurqorden" hazırda turnir cədvəlində 50 xalla 4-cü, "Brommopoykarna" isə 27 xalla 14-cüdür.