Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının da çıxış etdiyi "Yurqorden" bu gün İsveç çempionatında 27-ci tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda öz meydanında "Hammarbi" ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

M.Qurbanlı start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Yurqorden" 47 xalla 4-cü, "Hammarbi" 41 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 57 xalla "Elfsborq" başçılıq edir.