Futbol üzrə İsveç çempionatında 25-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" də növbəti matçına çıxacaq. Stokholm təmsilçisi doğma meydanda "Halmstads"ı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtilə saat 16:00-da start götürəcək.

20 turdan sonra 40 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.