Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 24-cü tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda Stokholm derbisi matçında AİK-in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. M.Qurbanlı sözügedən oyun üçün start heyətdə yer alıb.

"Yurqorden" hazırda 40 xalla (23 oyun) 4-cü, AİK 25 xalla (23 oyun) 13-cüdür. Turnir cədvəlinə 52 xalla (24 oyun) "Malmö" başçılıq edir. "Elfsborq" 48 xalla (23 oyun) 2-ci, "Hakken" 47 xalla (23 oyun) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, M.Qurbanlı "Yurqorden"lə İsveç çempionatında bu mövsüm meydana çıxdığı 7 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

24 sentyabr

17:00. AİK - "Yurqorden"