"Sofascore" statistik portalı  İsveç çempionatının 21-ci turun rəmzi komandasını açıqlayıb.

 Offsideplus.az  xəbər verir ki, siyahıda  "Yurqorden"də çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlı da  yer alıb.

"Deqerfors"a 4:1 hesabı ilə qalib gəldikləri matçda dubl edən və 1 qolun ötürməsini verən futbolçunun çıxışı 8,7 balla dəyərləndirilib.

Qeyd edək ki, M.Qurbanlı bu yay "Yurqorden"ə transfer olunub.