Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 21-ci tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda "Deqefors"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Artıq oyun üçün komandaların heyətləri də açıqlanıb. Musa start heyətində yer alıb.

Qeyd edək ki, "Yurqorden" hazırda 34 xalla 5-ci, "Deqefors" 20 xalla 13-cüdür.