Azərbaycan yığmasının üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, sözügedən komanda 20-ci tur çərçivəsində "Malmö"nün qonağı olub.

Matç 0:0 hesabı ilə yekunlaşıb. Qurbanlı start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Malmö" turnir cədvəlində 42 xalla 3-cü, "Yurqorden" 34 xala 4-cüdür. Turnir cədvəlinə 44 xalla "Haken" başçılıq edir.