Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, "Fulhem"dən Aleksandar Mitroviçi transfer edilib. Serbiyalı forvardla 3 illik müqavilə imzalanıb.
"Əl-Hilal" 28 yaşlı futbolçu üçün "Fulhem"ə 55 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Əl-Hilal" bir neçə gün əvvəl PSJ-dən Neymarı da transfer edib.