Azərbaycan yığmasının üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 19-cu tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Qoteburq"la üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Musa matçın 88-ci dəqiqəsində, komandası hesabda geri olduğu (1:2) vaxt meydana daxil olub.

"Yurqorden" bu nəticədən sonra turnir cədvəlində 33 xalla 4-cüdür.