Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 19-cu tur oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Qotenburq"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Yurqorden" hazırda turnir cədvəlində 33 xalla 4-cüdür. 

Xatırladaq ki, M.Qurbanlı bu ilin iyul ayının 5-də "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.

İsveç çempionatı, 19-cu tur

17:00. "Qotenburq" - "Yurqorden"

Baş hakim: Andres Ekberq

"Qamia Ullevi" stadionu