Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Musa Qurbanlının yeni klubu “Yurqorden" də növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda "Elfsburq"la üz-üzə gəlib. Qarşılaşma “Yurqorden”in 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Musa bu oyunun 58-ci dəqiqəsində meydana çıxıb. Bununla da o, İsveç çempionatında və "Yurqorden"də debüt edib.
Xatırladaq ki, 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.