Kipr Super Kubokunun qalibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, həlledici oyunda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Omoniya” son ölkə çempionu “Aris”lə qarşılaşıb.

0:2 hesabıyla məğlub olan “Qəbələ”nin rəqibi super kuboksuz qalıb.

Xatırladaq ki, “Qəbələ” ilə “Omoniya” arasındakı ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Kiprdə baş tutacaq.