Azərbaycan millisinin üzvü Musa Qurbanlı bu gün yeni klubu ilə məşqlərə qoşulub. 

Offsideplus.az xəbər verir ki, Musa təlim-məşq toplanışında bir neçə qol vurub ki, bu da alqışlarla qarşılanıb. ilk məşqinə çıxsa da, gənc hücumçuya hələ də oyunlarda iştirakı üçün "yaşıl işıq" göstərilməyib. Belə ki, futbolçunun işçi vizası məsələsi hələ ki, həll olubmayıb. Bu barədə "Yurqorden" komandasının baş məşqçisi Tomas Lagerlöf açıqlama verib:

"İşçi vizası məsələləridir. Miqrasiya orqanları və s. işə qarışıb. Buna görə gecikdiyini düşünürəm. Nələr olacağını görəcəyik. Musanın formasının yaxşı olmasından əminik. Milli komandada olub və klublarla məşq edib".

Qeyd edək ki, “Yurqarden” iyulun 17-də “Malmö” ilə qarşılaşacaq.