2019-2021-ci illərdə "Neftçi"də çıxış etmiş Mamadu Kanenin yeni klubu açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Olimpiakos"dan Kiprin "Pafos" klubuna transfer olunub. 

Futbolçu ilə 3 illik müqavilə imzalanıb. Kane ötən mövsümü icarə əsasında Pafos təmsilçisində keçirmişdi.