İsveçin “Yurqorden” komandası Azərbaycan yığma komandasının futbolçusu Musa Qurbanlının transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Stokholm təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

21 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

“Neftçi”nin yetirməsi olan Musa Qurbanlı son olaraq “Qarabağ”da çıxış edib. O, “Zirə”nin də formasını geyinib.