Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Qalatasaray"ın sponsorlarından biri olması barədə yeni iddia yayılıb.

Offsideplus.az xəbər verir ki, bu haqda Türkiyənin bir neçə nüfuzlu mətbu orqanı "Milliyet" nəşrinin jurnalisti Nevzat Dindara istinadən məlumat yayıb. Bildirilir ki, "Qalatasaray"ın avrokubok matçlarında geyinəcəyi formalarının üzərində SOCAR yazısı yer alacaq. İstanbul təmsilçisi bu razılıq sayəsində illik 5 milyon dollar qazanacaq.

“Qalatasaray” və SOCAR-dan bununla əlaqədar hələlik açıqlama verilməyib.

Qeyd edək ki, 2022/23 mövsümündə Türkiyə Superliqasının çempionu olan "Qalatasaray" ölkədaxili matçlar üçün "Sixt Rent A Car" ilə (illik 195 milyon türk lirəsi), stadion sponsorluğu üçün isə "Rams Global" ilə (illik 213,6 milyon türk lirəsi) anlaşıb.