Yeni mövsüm üçün hazırlıqlarını Avstriyada davam etdirən "Qarabağ" klubu bu gün növbəti yoxlama oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa "Legiya"sı ilə üz-üzə gəlib. "Kössen Arena"dakı görüşdə "Qarabağ" 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, “Qarabağ” 2020-ci ildə, Vətən Müharibəsinin getdyi dövrdə “Legiya” ilə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmışdı. Pandemiyaya görə bir oyundan ibarət həmin mərhələdə Ağdam təmsilçisi Varşavada 3:0 hesabı ilə qalib gələrək qrupa yüksəlmişdi.