Almaniya yığma komandasının baş məşqçisi Hans-Diter Flik sentyabrda Yaponiya və Fransa ilə yoldaşlıq matçlarında özünü sübut etmək şansı qazanacaq.

Offsideplus.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası (DFB) daxilində mütəxəssisin Avro 2024-ə evdə rəqabətədavamlı komanda hazırlaya bilməsi ilə bağlı şübhələr artır .

Buna baxmayaraq, DFB rəhbərliyi baş məşqçi ilə yolları ayırmağı düşünmür və ona şans vermək qərarına gəlib.

Qeyd edək ki, Flik 2021-ci ilin mayından Almaniya millisini çalışdırır.