Polşada keçiriləcək üçüncü Avropa Oyunlarının medalları təqdim olunub.

Offsideplus.az xəbər verir ki, Medallarda Polşa tarixində mühüm yer tutan qartal simvolu əks edilib. O, idman dəyərlərini özündə birləşdirən gücü, ümidi, liderliyi, qələbəni, ilham və cəsarəti ifadə edir.

Xatırladaq ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.