Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubundan ayrılıb.

Offsideplus.az xəbər verir ki,  “Ersgebirge”nin bu gün 37-ci tur çərçivəsində “İnqolştadt”a qarşı keçirdiyi ev oyunundan öncə Nazarovla vida mərasimi təşkil olunub. Klub rəhbərliyi ona xüsusi xatirə hədiyyəsi təqdim edib. 33 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb. 

Qeyd edək ki, Nazarov 2016-cı ilin yayından Almaniya klubunda çıxış edirdi.