Mario Balotelli İsveçrənin "Sion" klubundan ayrılır.

Offsideplus.az "GSP"yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Rumıniyanın "Rapid" (Buxarest) klubunda oynayacaq. Gələn mövsüm Rumıniya çempionatında liderlik uğrunda mübarizə aparmaq istəyən klubun italiyalı oyunçunu transfer etmək istədiyi bildirilir. 

Mario Balotellinin agenti və klub rəhbərliyi görüşüb, futbolçunun tərəfi 1 milyon avro məvacib istəyib. 

Qeyd edək ki, İsveçrədə meydandankənar yaşadığı problemlər səbəbindən futbolu ikinci plana atan Balotelli "Sion" formasında 18 matça çıxıb, 6 qol vurub.