Xəbər verdiyimiz kimi, Bakıda "Sabah" və "Beşiktaş" klubları arasında xeyriyyə oyunu keçiriləcək.
Futbolsevərləri düşündürən əsas suallardan biri də matçın hansı yerli telekanal vasitəsilə yayımlanacağıdır. Bizdə olan məlumata görə, qarşılaşmanı İTV-də canlı yayımlanacaq.
Mövzu ilə bağlı adıçəkilən telekanalın İdman Departamentinin rəhbəri Kənan Hakimovla əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında bu barədə məlumat olsa, ictimaiyyətin bilgiləndiriləcəyini söylədi.
Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq.