Futbol üzrə Litva 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Yonava” səfərdə “Jalgiris 2” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyun “Yonava”nın qələbəsi ilə başa çatıb – 3:1.

Nurlan Novruzov bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Yonava” 8 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.