Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" klubu səfərdə "Göztəpə" ilə üz-üzə gəlib. Onun İstanbul təmsilçisinin "sükanı arxasında" debüt matçı heç də uğurlu alınmayıb. Sözügedən kollektiv 0:1 hesabı ilə uduzub.
Xatırladaq ki, sabiq futbolçu bir neçə gün öncə 1-ci liqa təmsilçisinə baş məşqçi təyin olunub.
Qeyd edək ki, "Eyüpspor" (32 oyun) 57 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 66 xalla "Samsunspor" (31) başçılıq edir. İlk "3-lüy"ü isə 57 xalla müvafiq olaraq, "Pendikspor" (31) və "Rizəspor" (31) qapayır.
16 aprel (bazar)
Türkiyə, 1-ci Liqa
21:30 "Göztəpə" - "Eyüpspor" - 1:0
Qol: M. Kvasina, 20