Litva çempionatında 6-cı turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun yeni transfer olunduğu “Yonava” da növbəti matçını keçirib.

Sözügedən kollektiv 6-cı tur çərçivəsində səfərdə “Qarliava” ilə üz-üzə gəlib. Görüşdə qalib müəyyənləşməyib – 1:1. Bu, “Yonava”nın cari mövsümdəki ilk xalı olub.

Xatırladaq ki, komanda əvvəlki beş oyunun hamısında məğlub olub.

Qeyd edək ki, Nurlan debüt matçında start heyətdə meydana çıxıb və sonadək oynayıb.