"Əl-Nəsr" Səudiyyə Ərəbistanı kubokunda 1/4 finalında "Abha" ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, ardıcıl 3 oyundur fərqlənə bilməyən Kriştiano Ronaldo matça start heyətdə çıxıb. "Əl-İttihad"la liqa matçında su butulkalarını təpikləməsi ilə gündəm olan portuqaliyalı hücumçu bu görüşdə də əsəblərini cilovlaya biləyib. 

İlk hissənin bitməsinə yaxın "Əl-Nəsr" Ronaldo ilə əks-hücuma çıxarkən hakim oyunu dayandırıb. Hakimə əsəbiləşən Kriştiano əvvəlcə referiyə sərt reaksiya göstərib, daha sonra isə topa təpik vurub. Baş hakim bu hərəkətinə görə ulduz futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Kriştiano 86-cı dəqiqədə əvəzlənib.