FİFA klublararası dünya çempionatının da formatında dəyişiklik edib.
Offsideplus.az xəbər verir ki, turnir 2025-ci ildən 32 komandanın iştirakı ilə keçiriləcək.
Turnirdə UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi ölkənin 1 klubu iştirak edəcək.
Qeyd edək ki, indiyə qədər klublararası dünya çempionatı 6 komandanın iştirakı ilə təşkil olunurdu. Bunlar 5 kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisi idi.