Avstriya yığmasının heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, millinin kapitanı David Alaba sıradan çıxıb. 30 yaşlı müdafiəçi "Real"ın Çempionlar Liqası 1/8 final mərhələsinin "Liverpul"da ilk matçında zədələnib.

 Bud əzələsində yırtıq aşkarlanan avstriyalı müdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda Alabanın Azərbaycan millisi ilə görüşü buraxacağı gözlənilir.

Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması 24 mart tarixində keçiriləcək.