"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Vesterlo" ilə qarşılaşıb. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

"Gent" çempionatda 25 turdan sonra 39 xalla 5-ci pillədə yer alıb.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" matçı saat 21:45-də başlayacaq.